Tibbi xəbərlər
90 yaşlı qadının qarnından
Tibbi xəbərlər

90 yaşlı qadının qarnından 11 kiloqramlıq şiş çıxarıldı

İzmirdə yaşayan 90 yaşlı Şerife Demirkıranın qarnından 11 kiloqramlıq şiş uğurla çıxarılıb.

E-saglam.az xəbər verir ki, 6 uşaq və 20 nəvəsi olan qadın keçən il şiddətli qarın ağrıları səbəbindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı qarnında kütlə aşkar edilib və dərman müalicəsinə başlanıb. Lakin kütlə sürətlə böyüyərək nəfəs almaqda çətinlik yaratmağa başlayıb.

Xəstə ötən ay İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Ümumi cərrahiyyə mütəxəssisi Prof. Dr. Osman Nuri Dilek xəstənin yaşı və ürək problemləri səbəbindən əməliyyatın çox riskli olduğunu, lakin etmədikləri halda həyati təhlükə yarandığını bildirib. Xəstə və ailəsinin razılığı ilə iki saatlıq əməliyyat həyata keçirilib və 30 santimetr enində olan nəhəng kütlə çıxarılıb.

Demirkıran əməliyyatdan sonra sağlamlığını bərpa edərək evə buraxılıb. O, sağaldığı üçün xoşbəxt olduğunu bildirib. Prof. Dr. Dilek əməliyyatın çətinliyini vurğulayaraq, vaxtında qərar vermənin vacibliyini qeyd edib. Xəstə artıq normal qidalanır və hərəkət edir. Həkimlər onun "ikinci baharını" yaşadığını bildiriblər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun