Yandex watch
78 yaşlı həkim: "Bioloji yaşım 57-dir" –

Sağlam həyat tərzini mənimsəmək bəzən çətin görünə bilər. Ancaq Dr. Maykl Roizen kimi ekspertlər kiçik dəyişikliklərin belə böyük fərqlər yaratdığını vurğulayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 78 yaşlı məşhur həkim öz bioloji yaşını 57 olaraq qiymətləndirir və bunun əsasını həyat tərzindəki altı sadə addımla izah edir.

1. Daha çox hərəkət edin

Dr. Roizen hər gün 10 min addım atmağa çalışır. Hətta bu hədəfə çatmasanız belə, müntəzəm hərəkət sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Həftədə cəmi 75 dəqiqə sürətlə yerimək belə ölüm riskini azalda bilər.

2. Qidalanma vərdişlərinizi yenidən nəzərdən keçirin

Dr. Roizen sağlam qalmaq üçün aşağıdakı 7 qidaya üstünlük verir:

  • Zeytun yağı

  • Qızılbalıq

  • Alabalıq

  • Tünd şokolad

  • Göbələk növləri

  • Avokado

  • Gül kələm

Bu qidalardan heç olmasa zeytun yağı, qızılbalıq və avokadonu müntəzəm olaraq menyunuza daxil edin.

3. Sosial əlaqələrinizi gücləndirin

Sağlam dostluq əlaqələri qurmaq həm fiziki, həm də zehni sağlamlığınıza müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, güclü sosial bağlar insan ömrünü uzadır.

4. Beyninizi məşq etdirin

Beyin stimulyasiya edən fəaliyyətlər, məsələn, oyunlar demans riskini azalda bilər. “Double Decision” kimi oyunların oynanılması yaddaş və reaksiyanı gücləndirir.

5. Multivitamin istifadəsinə diqqət edin

Dr. Roizen, ümumi vitamin səviyyəsini saxlamaq üçün multivitamin qəbul edir. Bununla belə, hər bir şəxsin ehtiyacları fərqlidir, buna görə də mütəxəssislə məsləhətləşmək vacibdir.

Sağlam həyat tərzi kiçik, lakin davamlı addımlarla mümkündür. Bu tövsiyələrdən istifadə edərək siz də özünüzü daha gümrah və sağlam hiss edə bilərsiniz!

Tərcümə: Könül Oruc

E-saglam.az