Tibbi xəbərlər
70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi -
Tibbi xəbərlər
666

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

Uqandanın paytaxtı Kampalada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdikləri

E-saglam.az bu barədə BBC-yə istinadla xəbər verir.

Safina Namukvay süni mayalanma vasitəsilə hamilə qalıb və noyabrın 29-da Kampaladakı Reproduktiv Sağlamlıq Mərkəzində qeysəriyyə əməliyyatı ilə bir qız və bir oğlan dünyaya gətirib. Xəstəxana ana və uşaqların vəziyyətinin yaxşı olduğunu bildirib və qeyd edib ki, 70 yaşlı qadının əkiz uşaq dünyaya gətirməsi təkcə tibbi uğur deyil, həm də “insan ruhunun gücü və möhkəmliyi haqqında hekayədir”.

Namukvayın dediyinə görə, hamiləlik onun üçün asan olmayıb. Qadının əkiz uşaq gözlədiyini öyrəndikdən sonra partnyoru onu tərk edib.

Qadının sözlərinə görə, onu hamilə qalmağa qocalıqda tək qalmamaq istəyi sövq ədib. /Lent.az.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun