Tibbi xəbərlər
7 aylıq uşağın belinə banka qoydular - Sağlamlığına hansı fəsadlar yarana bilər? -
Tibbi xəbərlər
546

7 aylıq uşağın belinə banka qoydular - Sağlamlığına hansı fəsadlar yarana bilər? - FOTO/VİDEO

Sosial şəbəkələrdə 7 aylıq uşağın kürəyinə banka qoyulmasını əks etdirən görüntülər yayılıb.

Azərbaycanda ailə 7 aylıq körpənin belinə banka qoyub.

E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı pediatr Sevda Novruzova "Unikal"a açıqlamasında bildirdi ki, bu, tamamilə əks göstərişdir. 

"Belə şey qətiyyən olmaz. Bu, yəqin ki, valideynlərin kifayət qədər informasiyasının olmamasından irəli gəlir. Amma yaxşı olar ki, ən azı bu barədə kitabları vərəqləsinlər. Onlar heç olmasa saytlardan bu barədə öyrənsəydilər, belə hal baş verməzdi", - deyə həkim qeyd edib. 

***

Azərbaycanda ailə 7 aylıq olduğu deyilən körpəni türkəçarə yolla sağaltmağa çalışıb. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb. 

Görüntülərdə oğlan uşağının belinə banka qoyulması əks olunub. Sosial şəbəkə izləyiciləri bunun təhlükəli olduğunu bildiriblər.

Ağarza Elçinoğlu

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun