Yandex watch
65 yaşlı xəstənin ürəyi 12 dəfə dayandı —

Antalyanın Manavgat rayonundakı xəstəxanaya döş qəfəsində ağrı şikayəti ilə müraciət edən 65 yaşlı Vural Gül, təcili yardım otağında 12 dəfə ürəyi dayansa da, həkimlərin səyi və elektrik cərəyanı ilə həyata qaytarılıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, martın 20-də Manavgat Dövlət Xəstəxanasının Təcili Xidmətinə müraciət edən Gülün ilkin analizləri normal olsa da, vəziyyəti qəfil pisləşib və o, infarkt keçirib. Xəstəxanada ilk müdaxilə zamanı ürəyi 10 dəfə dayanan Gül, Antalya Şəhər Xəstəxanasına aparılarkən təcili yardım maşınında da iki dəfə ürək dayanması yaşayıb. Təcili tibbi yardım mütəxəssisi Durmuş Tarık Büyükkabış və onun qrupu elektroşok və tibbi müdaxilə ilə xəstəni yenidən həyata qaytarıb.

Reanimasiya şöbəsində müalicəsi tamamlanan Gül sağaldıqdan sonra Manavgat Dövlət Xəstəxanasının Təcili Xidmətinə təşəkkür məqsədilə baş çəkib və tibbi heyətə şokolad təqdim edib.

Baş Həkim Köməkçisi, Sinə Xəstəlikləri Mütəxəssisi Mehmet Əli Karlıdağ bu hadisəni “böyük xoşbəxtlik” kimi dəyərləndirib: “Bu qədər ürək tutması keçirən bir xəstənin yenidən həyata qayıtması bizim üçün əvəzsiz bir sevincdir. Komandamızın qətiyyəti və Antalya Şəhər Xəstəxanasında aparılan müalicə prosesi sayəsində xəstə sağlamlığına qovuşdu”.

Gülün müalicəsində iştirak edən tibb işçilərindən Ferdi Çavqa, mütəxəssis həkim və tibb bacısı Tuğçe Boztaşın bu anları heç vaxt unutmayacağını söyləyib. Çavqa 25 illik təcrübəsində bu cür kritik halların çox olduğunu, lakin 12 dəfə ürəyi dayanan bir xəstənin həyata qayıtmasının və onları ziyarət etməsinin sevindirici bir hadisə olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az