Tibbi xəbərlər
65 yaşlı kişinin həyatını kabusa çevirən hadisə:
Tibbi xəbərlər
641

65 yaşlı kişinin həyatını kabusa çevirən hadisə: Mədəsi 10 dəfədən çox böyüyüb

65 yaşlı Həmzə Özcan uzun illərdir həyatını kabusa çevirən bir problem yaşayırdı. Hər dəfə qatı yemək yedikdən sonra mədəsi şişir və 10 dəqiqə sonra qusmağa məcbur olurdu. Bu vəziyyət gündəlik həyatını çətinləşdirir və sağlamlığını ciddi şəkildə təsir edirdi. Problemin həllini tapa bilmədiyi üçün nəhayət xəstəxanaya müraciət etdi.

E-saglam.az xəbər verir ki, həkimlərin apardığı endoskopiya və tomoqrafiya müayinələri zamanı onun mədəsinin çıxış hissəsinin daraldığı və mədəsinin 10 dəfədən çox böyüyərək qarın boşluğunu əhatə etdiyi aşkarlandı. Əməliyyat zamanı mədə ilə qaraciyər arasında əmələ gələn toxuma zolağı mədəni iki yerə bölmüşdü. Həkimlər, nazik bağırsaq ilə mədə arasında yeni bir kanal açaraq problemi həll etdilər.

Əməliyyatdan sonra Həmzə Özcan sağlamlığına qovuşdu və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdı. Artıq istədiyi yeməkləri rahatlıqla yeyə bilir. Uzun illərdən sonra özünü yenidən doğulmuş kimi hiss etdiyini ifadə etdi.

Mütəxəssis həkimlər, bu halın yetkinlərdə çox nadir rast gəlinən bir vəziyyət olduğunu bildirdilər. Əsasən yeni doğulmuş körpələrdə müşahidə edilən bu problem, Həmzə Özcan üçün ciddi bir çətinlik yaratsa da, əməliyyat nəticəsində uğurla aradan qaldırıldı.

Həkimlər ona qidalanmasına diqqət etməyi tövsiyə etdilər. Yeməklərini yavaş-yavaş və nəzarət altında yeməsi, aclıq hissinə nəzarət etməsi və həddindən artıq çəki almaq riskindən uzaq olması tövsiyə edildi. Bu, həm sağlamlığını qorumaq, həm də gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun