Tibbi xəbərlər
64 yaşındakı qadın baş ağrısı şikayəti ilə getdi!
Tibbi xəbərlər
358

64 yaşındakı qadın baş ağrısı şikayəti ilə getdi! Beynindən çıxana həkimlər də inana bilmədi

Avstraliyada cərrahiyyə əməliyyatı zamanı həkimlər gözlənilməz vəziyyətlə qarşılaşıblar. 64 yaşlı qadının beynində uzunluğu 8 santimetr olan diri qurd tapılıb. Bu nadir hadisə tibb ictimaiyyətində böyük əks-səda doğurdu.

E-saglam.az xəbər verir ki, 2021-ci ildə mədə ağrısı, ishal, öskürək və qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edən qadın əvvəlcə bu əlamətlərin rutin infeksiyaya işarə etdiyini düşünüb. Lakin zaman keçdikcə vəziyyət daha da mürəkkəbləşdi.

UNUTMA VƏ DEPRESSİYA

Qadının şikayətləri sonradan unutqanlıq və depressiya kimi nevroloji əlamətlərə çevrilib.

Bu da onu ikinci dəfə xəstəxanaya yerləşdirməyə məcbur edib. Beyin MRT müayinəsi zamanı qeyri-adi tapıntı aşkar edilib.

8 SANTİMETR QURD

Müayinələr nəticəsində həkimlər onun beynində 8 santimetrlik canlı qurd olduğunu müəyyən ediblər.

Parazitin növünün piton ilanlarında tez-tez rast gəlinən Ophidascaris robertsi olduğu müəyyən edilib.

BƏS BU QURD BEYİNƏ NECƏ ÇATDI?

Mütəxəssislərin fikrincə, bu parazit adətən ilan nəcisi ilə yayılan yumurtalar vasitəsilə ötürülür. Ehtimal olunur ki, qadın alaq otu yedikdən sonra parazit bağırsaqlara yerləşib və sonra qan vasitəsilə onun beyninə çatıb.

TARİXDƏ İLK MƏLUM OLAN HADİSƏ

Bu hadisə insan beynində canlı qurd tapılmasının qeydə alınmış ilk nümunəsi kimi tarixə düşdü.

Canberra Xəstəxanasından Dr. Sanjaya Senanayake bildirib ki, bu, insan beyninə təsir edən ilk məlum hadisədir. Heyvan parazitologiyası mütəxəssislərinin dəstəyi ilə qurd tez bir zamanda müəyyən edilib.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun