Tibbi xəbərlər
60 yaşlı kişiyə böyrək çatışmazlığı dedilər,
Tibbi xəbərlər
225

60 yaşlı kişiyə böyrək çatışmazlığı dedilər, xərçəng olduğu ortaya çıxdı

60 yaşlı Tim Blackburn uzun müddət yorğunluq və mədə problemlərini ciddi qəbul etmədi.

E-saglam.az xəbər verir ki, yalnız ailəsinin təkidi ilə xəstəxanaya müraciət etdikdən sonra böyrək çatışmazlığı diaqnozu aldı. Sonrakı müayinələr isə səbəbin çox nadir qan xərçəngi növü – miyeloma olduğunu üzə çıxardı.

Blackburn doqquz aylıq kimyaterapiya və kök hüceyrə nəqli keçdi. Müalicədən sonra remissiyaya nail olsa da, zədələnmiş böyrəkləri səbəbindən dializ müalicəsinə ehtiyac duyur. “Bu, çox ağır bir proses idi. Çəkimi, gücümü və saçlarımı itirdim, amma sağ qalmaq üçün mübarizə aparmağa dəyərdi”, – deyə o bildirib.

Miyelomanın əlamətlərinə şiddətli sümük ağrısı, yorğunluq, nəfəs darlığı, əzələ zəifliyi, baş ağrısı, susuzluq və səbəbsiz kilo itkisi daxildir. Böyük Britaniya Xərçəng Araşdırmaları təşkilatının məlumatına görə, hər il ölkədə təxminən 6200 nəfərə bu diaqnoz qoyulur. Erkən mərhələdə aşkarlanan hallarda beş il və ya daha çox yaşamaq şansı 80 faizdən yuxarı olur.

Tim Blackburn insanlara xəbərdarlıq edir: “Simptomlara məhəl qoymayın. Mən yalnız ailəmin təzyiqi ilə həkimə getdim və bu, həyatımı xilas etdi. Erkən diaqnoz hər şeyi dəyişir.”

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun