Qərbi Afrika ölkəsi Nigeriyada təxminən 60 milyon qadının uşaqlıq boynu xərçəngi riski altında olduğu bildirilir.
E-saglam.az xəbər verir ki, Nigeriyadakı Milli Uşaqlıq Boyun Xərçənginin Eliminasiyası İş Qrupunun (NTF-CCE) sədri, professor İsaak Adewole paytaxt Abujada keçirilən Nigeriyada Uşaqlıq Boyun Xərçəngini Aradan Qaldırmaq üçün Tərəfdaşlığın (PECCIN) açılışında danışdı.
Nigeriyada təxminən 60 milyon qadının uşaqlıq boynu xərçəngi riski altında olduğunu deyən Adewole, qarşısı alına bilən və müalicəsi mümkün olan bu xəstəlik səbəbiylə hər gün təxminən 22 qadının həyatını itirdiyini bildirib.
İİV-ə yoluxan qadınların ümumi əhali ilə müqayisədə uşaqlıq boynu xərçənginə tutulma riskinin 6 qat daha çox olduğunu vurğulayan Adewole, "Hazırda uşaqlıq boynu xərçəngi olan qadınların yüzdə 80-i gec mərhələdə olduğu üçün müalicə və tam sağalma imkanı yoxdur", - dedi.
PECCIN-in əsas hədəfinin hər il 8 milyon qıza peyvənd etmək və 8 milyon qadına peyvənd etmək olduğunu bildirən Adewole, 2027-ci ilə qədər 15 milyon qadının xərçəngə qarşı müayinədən keçirilməsinin planlaşdırıldığını bildirib.
Nigeriyada qadınlar arasında ikinci ən çox görülən xərçəng növü olan uşaqlıq boynu xərçəngindən hər il bir çox qadın ölür.
Tərcümə: Könül Oruc