
Uzun müddətdir nəfəs almaqda, yatmaqda və yemək yeməkdə çətinlik çəkən Mersinli 52 yaşlı Feriha Uyğunun bədənindən boyun və döş qəfəsinə qədər uzanan 1 kilo 120 qram ağırlığında 3 zob şişi uğurlu əməliyyatla çıxarılıb.

E-saglam.az xəbər verir ki, Toros Dövlət Xəstəxanasından verilən açıqlamaya görə, şikayətləri artan Uyğun xəstəxananın ümumi cərrahiyyə poliklinikasına müraciət edib. Müayinə zamanı boyun və döş qəfəsinə uzanan üç böyük kütlə aşkar edilib. Ümumi Cərrahiyyə Mütəxəssisi Op. Dr. Hakan Dikme və Anestezioloq Dr. Mehmet Hakan Erginin həyata keçirdiyi əməliyyatla nəhəng kütlələr müvəffəqiyyətlə çıxarılıb.
Op. Dr. Hakan Dikmə xəstəxanada belə əməliyyatların uğurla həyata keçirildiyini vurğulayarkən, sağlamlığına qovuşan Uyğun isə həkimlərə təşəkkür edib.
Tərcümə: Könül Oruc