Yandex watch
52 yaşlı kişi 6 ayda 30 kilo arıqladı: Pəhriz belə saxlamadı,

Piylənmə əməliyyatı üçün Antalya xəstəxanasına müraciət edən Halil Yiğit həkimlərin tövsiyələrinə əməl edərək həyat tərzini dəyişdi və 6 ayda 30 kilo arıqladı.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Yiğit 105 kilo çəkidə olarkən yüksək təzyiq, nəfəs darlığı və hərəkət məhdudiyyəti kimi problemlərlə üzləşirdi. Həkimlərin məsləhəti ilə endokrinologiya və metabolik xəstəliklər şöbələrində müayinə olundu və insulin müqavimətinin olduğu müəyyən edildi.

Dərman və sağlam qidalanma ilə 3 ayda 10 kilo arıqlayan Yiğit daha sonra obezite mərkəzində mütəxəssislərdən qidalanma və fiziki aktivliklə bağlı dəstək aldı. Pəhriz saxlamadan, ancaq sağlam qidalanaraq və gündəlik aktivliyini artıraraq əlavə 20 kilo çəki itirdi.

O, idman zalına getmədən evdə kiçik idman ləvazimatları ilə məşq etdiyini və gündə 4 km fasiləsiz yeridiyini bildirir. Gün ərzində 2-3 litr su içməyin də arıqlama prosesində ona kömək etdiyini vurğulayır.

75 kiloya düşdükdən sonra hipertoniya və astma kimi problemlərinin azaldığını, gündəlik həyatının isə daha rahat olduğunu deyən Yiğit, artıq istədiyi paltarları tapa bildiyini və uzun müddət görüşmədiyi dostlarının onu tanımadığını qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az