Xəstəliklər
50 yaşdan yuxarı kişilərin kabusu:
Xəstəliklər
1164

50 yaşdan yuxarı kişilərin kabusu: Erkən diaqnoz həyat xilas edə bilər

Prostat böyüməsi kişilərdə yaşlandıqca tez-tez rast gəlinən sağlamlıq problemi sayılır.

E-saglam.az xəbər verir ki, Medipol Acıbadem Region Xəstəxanasından Prof. Dr. Ramazan Gökhan Atış, bu vəziyyətin erkən diaqnoz və müalicəsinin vacibliyini vurğulayır.

Simptomlar və erkən diaqnoz

Tez-tez sidiyə çıxma, sidik axınının zəifləməsi və natamam boşalma hissi prostat böyüməsinin əsas əlamətləridir. Xüsusilə genetik meyli olan kişilərdə 45 yaşdan etibarən mütəmadi müayinə tövsiyə edilir. Erkən diaqnoz üçün PSA qan testi və fiziki müayinələr əsas rol oynayır.

Müalicə üsulları

Müalicə prostatın ölçüsünə və xəstənin ümumi sağlamlığına əsaslanır. Kiçik ölçülü prostat üçün qapalı əməliyyatlar, daha böyük ölçülər üçün isə lazer texnologiyaları tətbiq olunur. Prostat xərçəngində isə radikal əməliyyat və onkoloji nəzarət vacibdir.

Qidalanma və həyat tərzi

Prostat böyüməsi riskini azaltmaq üçün balqabaq tumu və pomidor kimi qidalar tövsiyə edilsə də, hormonal dəyişikliklərə görə bu problemi tam qarşısını almaq mümkün deyil.

Daimi uroloji müayinələr həyat keyfiyyətini qorumaq üçün əvəzolunmazdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun