Tibbi xəbərlər
50 yaşdan yuxarı insanlara görmə qabiliyyətini qorumaq üçün
Tibbi xəbərlər
21

50 yaşdan yuxarı insanlara görmə qabiliyyətini qorumaq üçün məsləhətlər verilib

Oftalmoloq Visente Mirales bildirib ki, 50 yaşdan sonra insanlarda göz xəstəliklərinə tutulma riski əhəmiyyətli dərəcədə artır.

E-saglam.az xəbər verir ki, Vanitatis portalına verdiyi müsahibədə həkim bu yaşda görmə qabiliyyətini qorumaq üçün beş əsas tövsiyəsini bölüşüb.

Miralesin sözlərinə görə, kontakt linzalarla yatmaq gözlər üçün ən zərərli vərdişlərdən biridir. O vurğulayıb ki, hətta gündüz qısa istirahət zamanı belə, linzalar çıxarılmalıdır.

Həkim yaşlı insanlara göz daxili təzyiqə mütəmadi nəzarət etməyi də tövsiyə edib. Çünki bu təzyiqin artması qlaukomanın əsas risk faktorlarından biridir və vaxtında diaqnoz qoyulmazsa, daimi görmə itkisinə səbəb ola bilər.

Mirales həmçinin bildirib ki, gözlərdə quruluq, yorğunluq və ya qaşınma hiss olunduqda onları ovuşdurmaq olmaz. Çünki insanlar adətən əllərini yumadan bu hərəkəti edir və bu, infeksiya riski yaradır.

Oftalmoloq əlavə edib ki, istənilən idman fəaliyyəti zamanı gözlərin qorunması vacibdir. Həmçinin üzgüçülük və duş qəbul etməzdən əvvəl kontakt linzaların çıxarılması tövsiyə olunur.

Miralesin bu sadə, lakin vacib məsləhətləri 50 yaşdan yuxarı insanların göz sağlamlığını qorumağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun