Uroloq Migel Sançes Ençinas 50 yaşdan yuxarı kişilərə xəbərdarlıq edib ki, cinsi fəaliyyətdən çəkinmək sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, o, bu barədə "La Prensa Grafica" nəşrinə danışıb.
Həkimin sözlərinə görə, həftədə bir dəfədən az cinsi əlaqədə olan kişilərdə erektil disfunksiya riski, həftədə bir dəfə bu fəaliyyətdə olanlara nisbətən iki dəfə çoxdur.
Cinsi həyat yalnız intim məsələ deyil
Mütəxəssis qeyd edib ki, müntəzəm cinsi həyat təkcə cinsi sağlamlıq üçün deyil, eyni zamanda ürək-damar sistemi, hormon balansı və psixoloji vəziyyət üçün də faydalıdır. Onun fikrincə, uzun müddət cinsi fəaliyyətsizlik hormon çatışmazlığı, stress, hətta depresiya kimi hallara səbəb ola bilər.
Ençinas əlavə edib ki, erektil disfunksiya bəzən ciddi xəstəliklərin – xüsusilə diabet və yüksək təzyiqin (hipertoniya) ilk əlamətlərindən biri kimi də ortaya çıxır. Buna görə də bu hal diqqətdən kənarda qalmamalıdır və vaxtında həkimə müraciət olunmalıdır.