Tibbi xəbərlər
40 yaşında etdiyiniz 4 şey
Tibbi xəbərlər
281

40 yaşında etdiyiniz 4 şey 60 yaşda bu xəstəliyə səbəb ola bilər

Elm adamları 40-50 yaş arasında tez-tez diqqətdən yayınan xroniki yuxu çatışmazlığı, sosial təcrid, nəzarətsiz stress və hərəkətsizliyin 60 yaşdan sonra demans və digər neyrodegenerativ xəstəliklərin riskini artırdığını müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, Gerontoloq Dr. Nina Smirnova bildirib ki, 40-50 yaş dövrü beyin sağlamlığının qorunması baxımından kritik mərhələdir. Bu dövrdə formalaşan vərdişlər gələcəkdə ciddi nəticələrə yol aça bilər.

1. Xroniki yuxu çatışmazlığı

Orta yaşlı insanlar çox vaxt iş və sosial səbəblərlə yuxudan imtina edir. Ancaq dərin yuxu zamanı beyin zərərli maddələrdən təmizlənir. Uzunmüddətli yuxu çatışmazlığı beyin funksiyalarını zəiflədir və demans riskini artırır.

2. Sosial təcrid və zehni fəaliyyətin olmaması

Texnologiyanın təsiri ilə sosial münasibətlər azalır, vaxtın çoxu ekran qarşısında keçir. Beyin isə aktiv ünsiyyət və öyrənmə ilə işləyir. Tədqiqatlar göstərir ki, sosial və zehni cəhətdən aktiv insanlar arasında demans riski 40% daha aşağıdır.

3. Nəzarətsiz stress

Orta yaşda karyera və ailə təzyiqləri stresə səbəb olur. Bu da yaddaşa təsir edən beyin sahələrinin zəifləməsinə gətirib çıxarır. Stressə qarşı tədbir görməyən insanlarda gələcəkdə idrak pozğunluğu ehtimalı artır.

4. Pis qidalanma və hərəkətsizlik

Doymuş yağlar və şəkərlə zəngin qidalanma, aşağı fiziki aktivlik beyin üçün zərərlidir. Məşq beyin hüceyrələrinin yenilənməsini dəstəkləyir və onun fəaliyyətini qoruyur.

Beyin sağlamlığı üçün tövsiyələr:

– Gündə 7-8 saat yuxu

– Həftədə 150 dəqiqə fiziki fəaliyyət

– Sosial ünsiyyət və yeni bacarıqlar

– Stressi idarə etmə üsulları

– Omeqa-3 və Aralıq dənizi pəhrizi

– Qan təzyiqi, şəkər və xolesterola nəzarət

– Siqaret və spirt istifadəsinin azaldılması

– Oxuma, bulmacalar və yaradıcılıq fəaliyyətləri

Araşdırmalar göstərir ki, orta yaşda bu vərdişləri dəyişdirmək, sonrakı illərdə beyin funksiyalarının qorunmasında ən təsirli üsullardandır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun