Tibbi xəbərlər
4 saylı Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır -
Tibbi xəbərlər
330

4 saylı Doğum evində tibb işçisinin körpənin atasından pul istəməsi məsələsi araşdırılır - TƏBİB-dən AÇIQLAMA

"Lökbatan Tibb Mərkəzinin nəzdində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır".

Bu barədə E-saglam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.

"Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, sözügedən videogörüntüdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub.

Könül Oruc 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun