31 yaşlı Səidəyə TƏCİLİ ilik nəqli olmalıdır: 90 min dollara ehtiyacı var
31 yaşlı Səidəyə TƏCİLİ ilik nəqli olmalıdır: 90 min dollara ehtiyacı var

31 yaşlı Səidə Eminova kəskin leykozdan əziyyət çəkir, təcili ilik nəqli olunmalıdır.

Bu barədə E-saglam.az-a onun həyat yoldaşı məlumat verib. 

O bildirib ki, həkimlər Səidəyə ilik köçürülməsinin məcburi olduğunu deyiblər. 

Onun sözlərinə görə, Eminova Səidə Qulu qızı 22 yanvar 1992-ci ildə Bakıda anadan olub. 3 oktyabr 2022-ci ildə vəziyyətinin pisləşməsi səbəbi ilə həkim müayinəsində olub: "Müayinə zamanı qan dəyərləri düşdüyü üçün təcili Milli hematalogiya və transfuziologiya mərkəzinə göndərilir. Orada Səidəyə Kəskin Leykoz diaqnozu qoyulur".

Həyat yoldaşı bildirib ki, Səidə 5 oktyabrda Türkiyəyə müalicə üçün yollanmış, "BAU Tıp Gözepe Medicalpark University" Hospitalda müalicəyə başlamışdır: "Xəstəxanaya gələrkən Kəskin Leykozla paralel daxili orqanlarında infeksiya səbəbindən maye yığıldığı aşkarlanmışdır. Paralel aparılan testlər zamanı, qandakı xərçəngin genetik olduğu və kimyaterapiya olunub təmizlənsə belə bir müddət sonra təkrar eyni fəsadları göstərəcəyi aşkarlanıb. Bu səbəbdən həkimlər ilik köçürməsinin məcburi olduğunu bildiriblər. İnfeksiya müalicə olunub, 4 kurs kimyaterapiya alıb".

O deyib ki, donor axtaran zaman ailə üzvələrinin iliyi tam uyğun gəlmədiyi və Türkiyə, Avropa və Amerika ilik banklarında ilkin mərhələdə uyğun donor tapılmadığı üçün ilik köçürməsi gecikib: "Son olaraq fevral ayının ortalarında donor tapılıb və ilik köçürülməsi üçün prosesə başlanılıb. Qeyd edək ki, tapılan donorun iliyinin də uyğunluq dərəcəsi 50 faiz olduğu üçün digər ilik köçürmələrinə nisbətən yüksək risk daşıyır. Amma başqa donor olmaması səbəbindən, Medicalpark Göztepe xəstəxanasının həkimləri xüsusi preparatlarla yarı-uyğun ilik köçürməsini (HAPLOİDENTİK) həyata keçirməyi nəzərdə tutub".

Həyat yoldaşı ilə əlaqə: 055 590 67 79

                                      055 590 26 78

Kapital Bank hesabı: 4169 7388 5398 4866

İnstagram hesabı: https://www.instagram.com/help.saida/