Tibbi xəbərlər
3 yaşlı qızı 3 dəfə ilan sancdı, 40 doza panzehirlə
Tibbi xəbərlər
68

3 yaşlı qızı 3 dəfə ilan sancdı, 40 doza panzehirlə möcüzəvi şəkildə xilas edildi

Hindistanda üç yaşlı qız bir gecədə üç dəfə ilan sancmasından sonra möcüzəvi şəkildə xilas edilib.

E-saglam.az-ın məlumatına görə, hadisə barədə “Times of India” məlumat yayıb.

Balaca Kançan nənəsinin yanında yatarkən zəhərli krait ilanı onun sol dirsəyini bir neçə dəfə dişləyib. Qısa müddət ərzində qızın bədəni keyiyib, nəfəsi çətinləşib və boğulma əlamətləri başlayıb. Ailəsi tərəfindən xəstəxanaya çatdırılan uşaq süni nəfəs aparatına qoşulub.

Həkimlər sürətlə yayılan neyrotoksini dayandırmaq üçün 24 saat ərzində ona 40 doza panzehir (antidot) tətbiq ediblər. Qız 11 gün süni nəfəs aparatında, daha sonra isə doqquz gün müşahidə altında qalıb. İki həftə sonra o, sərbəst şəkildə yeyib-içə bilib və səsi bərpa olunub.

Mütəxəssislər bildiriblər ki, bu cür hallarda sağ qalma ehtimalı son dərəcə aşağıdır və balaca Kançanın yaşaması tibbin uğuru hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun