26 Noyabrda "Uşaqlarda Cinsi İnkişaf Problemləri" təlimi baş tutacaq
E-saglam.az META-nın sizin üçün hazırladığı yeni təlim proqramını təqdim edir.
"Uşaqlarda Cinsi İnkişaf Problemləri ilə əlaqədar hazırladığımız bu təlimdə mərkəzimizin uşaq endokrinoloqları Dr Ləman Sultanova, Dr Azad Əkbərzadə və Dr Nabat Ağayeva tərəfindən aşağıdakı mövzular haqqında ətraflı məlumat veriləcək, müalicə və müayinə məsələləri geniş formada müzakirə ediləcəkdir.
- Cinsiyyət sisteminin anatomiyası
- Cinsi İnkişafın normal fiziologiyası
- Erkən və gecikmiş cinsi inkişafın patofiziologiyası
- Oğlanlarda erkən cinsi inkişaf
- Qızlarda erkən cinsi inkişaf
- Cinsi inkişafda normanın variantları
- Qızlarda hipo və hiperqonadotrop hipoqonadizm
- Oğlanlarda hipo və hiperqonadotrop hipoqonadizm
- Cinsi inkişaf gecikməsinin müalicəsi.
Ətraflı məlumat və qeydiyyat üçün +994 55 256 07 42 nömrəsinə müraciət edə bilərsiniz.