Tibbi xəbərlər
254 kq çəkidə olan qadın yeni hobbisi sayəsində bir ildə 101 kq arıqladı
Tibbi xəbərlər
241

254 kq çəkidə olan qadın yeni hobbisi sayəsində bir ildə 101 kq arıqladı

254 kiloqram çəkidə olan britaniyalı Ketlin Vuton yeni hobbisi sayəsində bir ildə 101 kiloqram arıqlayıb

48 yaşlı qadın hipermobiliyyət sindromu, osteoartrit və lipedemadan əziyyət çəkir. Bu səbəbdən britaniyalı qadın müstəqil hərəkət etməkdə çətinlik çəkib, paltar dəyişdirmək və ayaqqabı geyinmək üçün daim yardıma ehtiyacı olub.

Bir gün Vutonun bacısı onu açıq suda üzməyə dəvət edib. İngiltərəli qadının sözlərinə görə o, suya ilk girəndə göz yaşlarını saxlaya bilməyib: qadın bədəninin yenidən hərəkət etdirə bilməyin sevincini yaşayıb.

Həmin vaxtan etibarən qadın müntəzəm üzgüçülüyə başlayıb, həmçinin qida rasionuna fikir verib. Nəticədə o, bir ilə 101 kq arıqlayıb.

“Hər bədənin gözəl olduğuna inanıram. Ona görə, incə görünmək üçün deyil, rahat yaşamaq üçün arıqlamaq istəyirəm və bu yolda dayanmadan irəliləyirəm”, - deyə Vuton özü ilə qürur duyduğunu etiraf edib. /oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun