Tibbi xəbərlər
25 yaşlı gənc qadın qarnındakı şişkinliyə məhəl qoymadı:
Tibbi xəbərlər

25 yaşlı gənc qadın qarnındakı şişkinliyə məhəl qoymadı: Ağciyərlərinə yayıldığı ortaya çıxdı

Finlandiyada yaşayan 25 yaşlı Jenna Sirkia elektrik skuterindən yıxıldıqdan sonra qarnında şiddətli ağrılar hiss etdi və xəstəxanaya müraciət etdi.

E-saglam.az xəbər verir ki, müayinələr nəticəsində onun yumurtalıqlarında şiş və yırtılmış kist aşkarlandı. Əlavə testlər isə yumurtalıq xərçənginin qarın boşluğuna və ağciyərlərinə yayıldığını göstərdi.

Sirkia, 2024-cü ilin sentyabrında kimyaterapiya müalicəsinə başladı və əməliyyatla şiş və yumurtalıqlarından birini çıxartdı. Müalicə prosesi çətin keçsə də, o, Yeni il ərəfəsində kimyaterapiyanı tamamladı. Lakin skan nəticələri ağciyərlərində yeni şişin olduğunu göstərdi və o, yenidən əməliyyat olundu.

Yumurtalıq xərçənginin erkən diaqnozu həyati əhəmiyyət daşıyır. Əlamətlərə qarında şişkinlik, ağrı, iştahsızlıq, tez toxluq hissi, tez-tez sidiyə çıxma, həzmsizlik, qəbizlik və ya ishal, bel ağrısı, yorğunluq, səbəbsiz çəki itkisi və postmenopozal vaginal qanaxma daxildir. Bu simptomları yaşayan şəxslər dərhal həkimə müraciət etməlidirlər.

Jenna Sirkianın hekayəsi, şişkinlik kimi simptomların gözardı edilməməsinin və erkən diaqnozun nə qədər vacib olduğunu bir daha xatırladır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun