Tibbi xəbərlər
23 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi - Poliklinikadan açıqlama
Tibbi xəbərlər

23 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi - Poliklinikadan açıqlama

Bakı sakini 23 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

E-saglam.az xəbər verir ki, iyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına "Sinovac" vaksininin ikinci dozası vurulub: "Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, "qızınız dəlidir, nevroloji problemləri" var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq".

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində "Sinovac" peyvəndinin 2-ci dozasını qəbul edib: "Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.

Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub"./Qafqazinfo.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun