Tibbi xəbərlər
23 ilin prorektoru işdən çıxarıldı -
Tibbi xəbərlər
6586

23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi

2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib.

E-saglam.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub. 

Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur. 

Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Bəylərov Rauf Oruc oğlu da vəzifəsindən azad edilib və yerinə Sultanova Məlahət Cahangir qızı təyin olunub. 

İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər. 

Əhməd 

Sabir Əliyev 

Nazim Pənahov

 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun