Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.
38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti hazırda stabildir.