2020-ci ildə dünyada 26,2 milyon insan iş yerində istilik stressi ilə bağlı
2020-ci ildə dünyada 26,2 milyon insan iş yerində istilik stressi ilə bağlı

İş yerlərinin havasının çirklənməsi dünya üzrə 1,6 milyarddan çox insana və ya ümumi əhalinin 70%-nə təsir edir.

E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir .

Ultrabənövşəyi şüalar da işçilərin sağlamlığına zərərlidir. İqlim dəyişikliyi ürək-damar və tənəffüs xəstəlikləri, həmçinin böyrək funksiyasının pozulması və psixi pozğunluqlara gətirib çıxarır. Qeyd olunur ki, 870 milyondan çox kənd təsərrüfatı işçisi pestisidlərə məruz qalır.

2020-ci ilin məlumatlarına görə, 2,4 milyarddan çox insan vaxtaşırı iş yerində həddindən artıq yüksək temperaturdan əziyyət çəkir. Üstəlik, 2000-ci ildən etibarən bu pay 65,5 faizdən 70,9 faizə yüksəlib. Digər məsələlərlə yanaşı, 2020-ci ildə dünyada 26,2 milyon insan iş yerində istilik stressi ilə bağlı xroniki böyrək xəstəliyinə tutuldu.

BƏT-in əməyin mühafizəsi və təhlükəsizliyi bölməsinin rəhbəri Manal Azzinin sözlərinə görə, iqlim dəyişikliyi artıq işçilərin sağlamlığı üçün əhəmiyyətli əlavə təhlükələr yaradır. O, əməyin mühafizəsi və təhlükəsizliyinə diqqəti artırmağa çağırıb.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az