E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, çuğundur yarpağının tərkibindəki vitaminlər, minerallar və antioksidatlar orqanizm üçün çox vacib bir qida qaynağıdır.
1. Vitamin və mineral anbarı
Çuğundur yarpağı tərkibində A, C, K vitaminləri və folat, dəmir, kalsium və maqnezium kimi bir sıra vitamin və minerallar var. Xüsusilə C vitamini immunitet sistemini gücləndirir, dəmir və kalsium isə sümük sağlamlığını dəstəkləyir.
2. Antioksidantlarla zəngindir
Çuğundur yarpağı antioksidantlarla zəngin bir tərəvəzdir. Beta-karoten, flavonoidlər və lutein kimi antioksidantlar hüceyrə zədələnməsini azalda bilər və xroniki xəstəliklərin inkişafına qarşı qoruyucu rol oynaya bilər. Eyni zamanda, antioksidanlar dəri sağlamlığını və yaşlanma əleyhinə təsirləri dəstəkləyə bilər.
3. Göz sağlamlığı üçün əhəmiyyətli
Çuğundur yarpağında olan antioksidantlar göz sağlamlığını dəstəkləməkdə mühüm rol oynayır. Bu maddələr gözdəki sərbəst radikallarla mübarizə apararaq, makulyar degenerasiya və katarakta əmələ gəlməsinin qarşısını ala bilər.
4. Yaxşı lif mənbəyi
Lif çuğundur yarpağının mühüm tərkib hissəsidir və həzm sağlamlığını dəstəkləyir. Lif tərkibi həzm sistemini tənzimləyərək qəbizlik problemlərini azalda və bağırsaq sağlamlığını yaxşılaşdıra bilər. Bundan əlavə, lif dolğunluq hissini artırır, bu da çəki idarə etməyə kömək edə bilər.
5. Qan təzyiqinin balanslaşdırılması
Çuğundur yarpağı tərkibindəki kalium sayəsində qan təzyiqini tənzimləyə bilir. Kalium, natriumun təsirlərini balanslaşdıraraq hipertansiyon riskini azalda bilər. Bu ürək sağlamlığını qorumaq üçün vacibdir.
6. İltihab əleyhinə təsirlər
Çuğundur yarpağında olan antioksidantlar və antiinflamatuar komponentlər bədəndəki iltihabi prosesləri azalda bilər. Xroniki iltihab bir çox xəstəliklərin kökündə ola bilər, buna görə də onun iltihabəleyhinə xüsusiyyətləri vacibdir.
Tərcümə etdi: Könül Oruc