Tibbi xəbərlər
20 ildir iflic olan qadın beyninə yerləşdirilən
Tibbi xəbərlər
245

20 ildir iflic olan qadın beyninə yerləşdirilən ÇİPin köməyi ilə şəkillər çəkdi

ABŞ-də 20 ildir tam iflic vəziyyətində yaşayan Odri Kruz, İlon Maskın təsis etdiyi beyin çipi şirkətinin beyin çipi vasitəsilə kompüterdən istifadə etməyə nail olub.

E-saglam.az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.

Məlumata görə, 16 yaşında avtomobil qəzası keçirən və boyun fəqərələrindən ağır zədə alaraq hərəkətsiz qalan 36 yaşlı Odri bu ayın əvvəlində beyninə implant yerləşdirildikdən sonra ilk dəfə yazı yazmağı bacarıb.

"20 ildən sonra ilk dəfə adımı yazmağa çalışdım. Hələ öyrəşirəm, amma bu inanılmaz hissdir", -deyə o, sosial şəbəkədə sevincini paylaşıb.

"Neuralink"in "N1" adlı beyin implantı beynin hərəkət zonasına yerləşdirilib. Çip beyindən gələn elektrik siqnallarını qəbul edir və "Bluetooth" vasitəsilə kompüterə ötürür.

Bu texnologiya sayəsində Odri artıq yalnız düşüncələrinin gücü ilə kompüterdə şəkil çəkə, yazı yaza və siçanı idarə edə bilir.

"Elə bil işarə barmağım "sol klik", biləyim isə kursor olur. Sadəcə düşünürəm və hərəkət edir", - deyə Kruz bildirib.

Odri Kruz bu proseduru keçirən dünyada ilk qadındır. Hələ ki, bu texnologiya iflic xəstələrinə yalnız cihazları idarə etməyə imkan verir, amma gələcəkdə daha böyük funksiyaların mümkün olacağı gözlənilir.

İlon Mask da onun paylaşımına reaksiya verərək yazıb:

"O, kompüteri sadəcə düşünərək idarə edir. Çox insan bunun mümkün olduğunu hələ anlamır".

Oxu.az 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun