Yandex watch
2 yaşlı uşaq öpüş səbəbindən

İngiltərədə yaşayan iki yaşlı Cuvan qohumu tərəfindən öpüldükdən sonra herpes simplex virusuna yoluxaraq sol gözünün görmə qabiliyyətini tamamilə itirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, virusun səbəb olduğu infeksiya Cuvanın gözündə blister (su toplayan yara) əmələ gətirib və buynuz qişasında 4 mm-lik dəlik yaranıb. Bu dəlik infeksiyanın yayılmasına səbəb olub və həkimlərin bütün səylərinə baxmayaraq, uşağın sol gözü tamamilə funksiyasını itirib. Gözünü qorumaq üçün həkimlər onun göz qapaqlarını tikmək məcburiyyətində qalıblar.

Cuvanın ailəsi onun görmə qabiliyyətini bərpa etmək üçün sinir transplantasiyası və daha sonra buynuz qişa transplantasiyası əməliyyatı planlaşdırır. Lakin bu prosedurların uğurlu olacağı və uşağın görmə qabiliyyətinin bərpa olunacağı hələlik məlum deyil.

Cuvanın anası körpələrin öpülməsinin ciddi sağlamlıq riskləri daşıdığını vurğulayaraq, valideynləri ehtiyatlı olmağa çağırıb. Ailə həm müalicə xərclərini qarşılamaq üçün vəsait toplamaq, həm də digər valideynlər arasında maarifləndirmə işləri aparmaq üçün təşəbbüsə başlayıb.

“Körpənizi heç kimin öpməsinə icazə verməyin. Kiçik bir virus böyük travmaya səbəb ola bilər”, – deyə ailə bütün valideynlərə xəbərdarlıq edib.

E-saglam.az