Çində 2 yaşı olan 1 qız uşağı çəkisinə görə yaşıdları arasında dünya rekordu vurub.
Panq Ya adlı bu uşağın çəkisi 41 kiloqramdır.E-saglam.az xəbər verir ki, "The Dailu Mail" qəzetinin yazdığına görə, onun valideynləri uşaqlarının normal çəkiyə qayıtması üçün yardım istəyirlər. "Həkimlər onun çəkisinin artmasının sbəblərini açıqlaya bilmirlər. Lakin Pan normal uşaqlar kimi doğulub və çəkisi 3,6 kiloqram olub" - deyə qızın atası bildirib. Qeyd edək ki, həkimlərin araşdırmalarına görə, normal çəkidən çox olan uşaqların sayı ölkədə 1992 - 2002-ci illərlə müqayisədə 2 dəfə artıb./tibb.az/