Tibbi xəbərlər
2 həftə şəkərdən imtina etsəniz orqanizmdə nə baş verər? -
Tibbi xəbərlər
310

2 həftə şəkərdən imtina etsəniz orqanizmdə nə baş verər? - Həkim izah etdi

Şəkərin iki həftə ərzində kəsilməsi orqanizm üçün əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.

E-saglam.az bildirir ki, şəkərdən imtina edildikdə enerji səviyyələri artır, şişkinlik azalır və dərinin vəziyyəti yaxşılaşır. Ayrıca, şəkərin kəsilməsi qarın yağını azaltmağa və sağlam bağırsaq mikrobiomunun bərpasına kömək edir. Bu müddət ərzində üzdəki yuvarlaq görünüş azalır, göz ətrafındakı şişlik və maye tutulması da minimuma enir.

Şəkərin kəsilməsi arıqlamaq istəyənlər üçün xüsusilə faydalıdır, çünki qaraciyərdəki yağ azalır və qarın piyləri yavaş-yavaş aradan qalxır. Dəridəki sızanaqlar və qırmızı ləkələr də yaxşılaşır, nəticədə daha aydın və təmiz dəri əldə edilir. Şəkərdən imtina etmək ümumi sağlamlığı yaxşılaşdırır, çünki yüksək şəkər qəbulu ürək sağlamlığı və yüksək qan təzyiqinə mənfi təsir göstərir.

Həddindən artıq şəkər istehlakı iltihabı artırır, buna görə şəkərin kəsilməsi orqanizmdəki iltihablı reaksiyaları azaldır. Bununla yanaşı, şəkərin miqdarını gündə 25-36 qrama qədər məhdudlaşdırmaq, ümumi sağlamlığın qorunmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun