
Kişilərdə sperma keyfiyyəti son illərdə ciddi şəkildə azalıb.

E-saglam.az xəbər verir ki, 2017-ci ildə aparılan araşdırma 1973-cü ildən bu yana sperma sayının 60% azaldığını ortaya çıxarıb. Sonsuzluğun səbəbləri arasında hormonal pozğunluqlar, şəkərli diabet, genetik və otoimmün xəstəliklər, varikosel və bəzən də heç bir aydın səbəb olmadan ortaya çıxan hallar var.
Uroloqlar bildirir ki, həyat tərzi bu məsələdə önəmlidir: düzgün qidalanma, fiziki aktivlik, çəkiyə nəzarət, spirt və tütün istifadəsindən uzaq durmaq sperma keyfiyyətini yaxşılaşdıra bilər. Həmçinin isti vannalar və qızdırılan oturacaqlar da mənfi təsir göstərir.
Bununla belə, bəzi mütəxəssislər hesab edir ki, bu yanaşmalar kifayət deyil və kişi məhsuldarlığını artıracaq effektiv dərmanların hazırlanması əsas hədəf olmalıdır.
Tərcümə: Könül Oruc