Tibbi xəbərlər
15 ildir əziyyət çəkdiyi boyun ağrısının səbəbi həkimi belə təəccübləndirdi!
Tibbi xəbərlər
805

15 ildir əziyyət çəkdiyi boyun ağrısının səbəbi həkimi belə təəccübləndirdi! Nadir xəstəlikdən qurtuldu

62 yaşlı Əzizə Okurların 15 illik şiddətli boyun, qulaq və boğaz ağrılarının səbəbi nadir bir xəstəlik - "qartal sindromu" olub.

E-saglam.az xəbər verir ki, boyun ağrılarının mənbəyi qulaq arxasındakı sümüyün 3 santimetr uzanması ilə bağlı idi. Bu xəstəlik nadir hallarda rast gəlinir və ağrıların səbəbini tapmaq uzun illər tələb edir.

Nevroloqun məsləhəti ilə Qulaq Burun Boğaz (KBB) mütəxəssisinə müraciət edən Okurların MRT müayinəsində, uzanan sümüyün ətraf toxumalara batdığı və ağrıya səbəb olduğu təsbit edilib. Əməliyyat üçün o, Mersinin Tarsus rayonundakı bir xəstəxanaya müraciət edib. KBB mütəxəssisi Op. Dr. Hüseyn Kəskin tərəfindən aparılan əməliyyatla artıq sümük çıxarılıb.

Əzizə Okurlar əməliyyatdan sonra yaşadıqlarını belə izah edib: "15 il ərzində boynumda, qulağımda və boğazımda dözülməz ağrılar var idi. Gecələr başımı hərəkət etdirmək mümkün deyildi. Nəhayət, doğru diaqnoz və əməliyyatla ağrılarımdan tamamilə xilas oldum".

Bu uğurlu əməliyyat nadir xəstəliklərin vaxtında diaqnozunun və müalicəsinin vacibliyini bir daha vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun