Tibbi xəbərlər
13 il bel yırtığı ağrısı çəkən qadın
Tibbi xəbərlər
97

13 il bel yırtığı ağrısı çəkən qadın bir prosedurla sağaldı

O, bir prosedurla 13 illik bel yırtığından qurtuldu və bir həftəyə normal həyatına qayıtdı.

E-saglam.az xəbər verir ki, Ankarada yaşayan, iki uşaq anası və dövlət qulluqçusu Züleyha Çeliksu (37) illərdir davam edən şiddətli ağrılardan sonra Bilkent Şəhər Xəstəxanasının Alqoloji Klinikasında tətbiq edilən radiotezlik müalicəsi ilə sağlamlığına qovuşub.

Alqoloji Klinikası xroniki ağrı ilə mübarizə aparan xəstələr üçün qeyri-cərrahi həll yolları təqdim edir. X-şüaları və ultrasəs ilə idarə olunan prosedurlar sayəsində dərmanların təsirsiz qaldığı disk yırtığı, onurğa kanalı daralması və trigeminal nevralji kimi hallarda xəstələr gündəlik həyatlarına sürətlə dönə bilir.

Çeliksu uzun illər bel ağrıları səbəbindən çətinliklərlə üzləşib, son 5 ildə isə ağrılar daha da şiddətlənib. Əməliyyat təklifi alsa da, bundan çəkinib. Hətta ağrıların güclü olduğu vaxtlarda uşaqları ona corab geyindirməyə kömək edib.

Radiotezlik müalicəsindən sonra bir neçə həftəyə normal həyatına qayıdan Çeliksu artıq 6 aydır dərman istifadə etmədiyini deyib və bunu böyük sevinc adlandırıb.

Prof. Dr. bildirib ki, məqsəd sinirləri uyuşdurmaq və ya duyarsızlaşdırmaqla ağrını aradan qaldırmaqdır. O, alqologiyanın sırf ağrı ilə mübarizəyə fokuslanan sahə olduğunu və bu istiqamətdə klinikanın uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun