Xəstəliklər
12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik
Xəstəliklər
176

12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik

O, Kanadada Toronto uşaq xəstəxanasına qarın ağrısı, boğazda şişkinlik şikayətləri ilə gətirilib

E-saglam.az xəbər verir ki, həkimlər ilk öncə sarılıqdan şübhələniblər.

Analiz nəticələri göstərib ki, uşağın qanında eritrosit və heçoqlobin azlığı var. Eləcə də qanda Epşteyn Bar virusu aşkarlanıb.Məhz bu virus onkoloji və autoimmun xəstəliklərin inkişafına təkan verir.

Sonrakı analizlərdə həkimlər daha dərinə gedərək, uşaqda spesifik soyuq aqqlütininləri antitelləri aşkarladılar.

Nəticədə uşaqda nadir genetik autoimmun hemolitik anemiya diaqnozu qoyulur. Bu zaman soyuq havadan və bədənin soyumasından immun sistem qanın qırmızı hüceyrələrini dağıdır.

Belə ki, 0-10 dərəcə temperaturda baş verən bu proses zamanı uçaqda dilin üzəri saralıb.

Xəstəlik qış aylarında aktivləşir.

Bu autoimmun xəstəliyin də kökündə Epşteyn Bar virusunun dayandığı deyilir.

Müalicəsi qan plazmasının 7 həftə ərzində köçürülməsi idi. Eləcə də immun sistemin hücumunu azaldan dərmanlar təyin edilir.

Uşağın vəziyyəti 5 həftə sonra düzəldi./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun