Bu yaxınlarda 115 yaşını qeyd edən Helena Pereira dos Santos uzun yaşamağın sirrini söylədi. Bu yolla güclü və sağlam olduğunu deyən qadın ona fayda verən vərdişləri də paylaşıb.
E-saglam.az-ın məlumatına görə, lobya ilə yanaşı, Helena yaxşı yatmağı, müntəzəm idman etməyi və şən olmağı tövsiyə edib. O, daha uzun yaşamaq üçün bütün bunların mühüm amillərin olduğunu da bildirib.
Əslən Braziliyanın San-Paulu şəhərinin şimal-qərbindəki Rio das Pedrasdan olan Helena tez-tez nəvəsi ilə bazarda alış-veriş edir və aktiv qalmaq üçün müntəzəm gəzintilərə çıxmağı xoşlayır.
O, həmçinin Braziliyanın Aparecida şəhərindəki dünyanın ən böyük kilsəsi olan Aparecida Milli Məbədini hər il 270 kilometrlik ziyarət edir.
Helena 2004-cü ildə 103 yaşında dünyasını dəyişən əri ilə 26 yaşında ikən ailə həyatı qurub və cütlüyün 6 övladı, 10 nəvəsi və 15 nəticəsi var.
Təəssüf ki, övladlarının çoxu dünyasını dəyişdi, lakin Helena nəvələri və nəticələri ilə birlikdə yaşamağa davam edir.
Helena bildirib ki, qəbul etdiyi yeganə dərman yüksək qan təzyiqi üçün olub.
Mənbə: Tribunainfo.az