Xəstəliklər
11 uşaqda "qurd adam sindromu" aşkarlandı -
Xəstəliklər

11 uşaqda "qurd adam sindromu" aşkarlandı - Səbəb bu dərman imiş

İspaniyada 11 körpədə hipertrikoz və ya "qurd adam sindromu" (həddindən artıq üz və bədən tükləri) adlandırılan vəziyyət qeydə alınıb. Bu hal valideynlərin saç tökülməsinə qarşı istifadə etdiyi minoksidil preparatının təsiri ilə əlaqələndirilir.

E-saglam.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Mütəxəssislər güman edir ki, minoksidil körpələrin dərisi vasitəsilə mənimsənilib və ya təsadüfən udulub. Bu preparat, əsasən, saç tökülməsinin müalicəsi üçün dəriyə yerli olaraq tətbiq edilir. Körpələrin valideynləri minoksidildən istifadəni dayandırdıqdan sonra simptomlar aradan qalxıb.

Orta əsrlərdən bu günə qədər hipertrixozun 100-dən az hadisəsi qeydə alınıb. Ancaq 2017-ci ildə İspaniyada təxminən 20 uşaq hipertrixozdan əziyyət çəkib. Həmin vaxt bu hal, turşu reflüksünə qarşı olan bir preparatın səhvən minoksidillə qarışdırılması ilə bağlı olub.

Aprel ayında Filippində bir qadının pişik əti yeməsi ilə doğulan uşağın "qurd adam sindromu"na malik olduğu iddia edilən bir hadisə də qeydə alınıb. Valideynlərə dərman preparatlarından istifadə zamanı diqqətli olmaq və bu cür kosmetik vasitələri uşaqların əli çatmayacaq yerlərdə saxlamaq tövsiyə olunur.

11 uşaqda

11 uşaqda

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun