Qidalanma
11 iyul – Ümumdünya şokolad günüdür
Qidalanma

11 iyul – Ümumdünya şokolad günüdür

Şokolad “xərçəng əleyhinə” effektə malikdir və yaşlanma prosesini yavaşladır. Bu gün şirniyyat həvəskarları Ümumdünya şokolad gününü qeyd edirlər.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün ilk dəfə olaraq 1995-ci ildə fransızlar tərəfindən düşünülüb.

Şokoladı ilk dəfə asteklərin hazırladığı barədə fikir var. Onlar şokoladı “tanrıların qidası” adlandırırdılar. Şokoladı birinci dəfə Avropaya çatdıran ispan konksitadorları onu “qara qızıl” adlandırırdılar və fiziki qüvvəni bərpa etmək üçün ondan istifadə edirdilər.

Bir müddət sonra Avropada şokolad istifadəsi yalnız aristokrat çevrələr ilə məhdudlaşdırıldı. Görkəmli qadınlar şokoladı afrodiziak hesab edirdilər. Belə ki, Tereza anada şokolada qarşı inanılmaz istək var idi, madam Pompadur isə hesab edirdi ki, yalnız şokolad ehtiras qığılcımını alovlandıra bilər.

Yalnız 20-ci əsrin əvvəllərində istehsalat sənayesinin meydana gəlməsi sayəsində şokoladın dadına aristokrat çevrədən olmayan insanlar da baxa bildi.

Müasir elm tərəfindən müəyyən edilib ki, şokoladda istirahətə və psixoloji bərpaya imkan verən elementlər var. Şokoladın tünd növləri həzz mərkəzinə təsir edən, əhval-ruhiyyəni yaxşılaşdıran və orqanizmi tonusda saxlayan endorfin ifrazını stimullaşdırır.   

Eləcə də şokolad “xərçəng əleyhinə” effektə malikdir və yaşlanma prosesini yavaşlatması hipotezası da mövcuddur. Alimlərin yekdilliklə razılaşdığı yeganə şey, şokoladın çəkinin azalmasına yardım etmədiyi fikridir. Axı yaxşı məlumdur ki, şokolad bəsləyici maddələrlə, o cümlədən yağlar, kaloriyalarla zəngindir. 

Şokolad günündə isə dünyanın bir çox ölkələrində bu bayrama həsr edilmiş tədbirlər keçirilir. Bu gün şokoladın hazırlandığı fabrik, zavod və ya şirniyyat müəssisələrində olmaq maraqlıdır. Bu tədbirlərdə şokoladın nədən, necə hazırlandığı barədə danışılır, müsabiqələr, sərgilər keçirilir. Bayram şərəfinə verilən ustad dərslərində isə özünüzü bu günlərdə “şokoladçı” kimi də sınaya bilərsiniz.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun