Tibbi xəbərlər
100 yaşdan yuxarı sağlam insanlar bu 8 ümumi xüsusiyyətə malik olur -
Tibbi xəbərlər
975

100 yaşdan yuxarı sağlam insanlar bu 8 ümumi xüsusiyyətə malik olur - Alimlərin ARAŞDIRMASI

Birləşmiş Millətlər Təşkilatı (BMT) 100 yaşdan yuxarı insanların sayında əhəmiyyətli artım müşahidə edir. 1990-cı ildə 100 yaşdan yuxarı cəmi 92 min nəfər var idisə, 2021-ci ildə bu rəqəm 621 minə çatıb.

E-saglam.az xəbər verir ki, təbii ki, genetik faktorlar və həyat tərzi böyük əhəmiyyət kəsb edir, lakin mütəxəssislər bəzi psixoloji amillərin də uzunömürlülüyə təsir etdiyini düşünürlər.

İspaniyanın Madrid Universitetindən akademik Maria Dolores Merino illərdir yaşı 100-dən yuxarı olan insanları müşahidə edir.

O, son araşdırmalarından birində uzunömürlü insanların bəzi ümumi xüsusiyyətlərini səkkiz kateqoriyaya qruplaşdırıb.

1. Fitnes və canlılıq

100 yaşdan yuxarı olanların ən xarakterik xüsusiyyətlərindən biri fitnesdir. Özünü canlı və enerjili hiss etmək istəyi mühüm psixoloji amildir.

2. Qarşılıqlı əlaqə, ünsiyyət qurmaq istəyi

Araşdırmalar göstərir ki, 100 yaşdan yuxarı insanlar ümumiyyətlə ictimailəşməyə həvəslidirlər.

3. Fədakarlıq və məqsəd

100 yaşdan yuxarı insanların başqa bir ümumi xüsusiyyəti fədakarlıqdır.

4. Dözümlülük

Uzun ömrün “sirləri” arasında dözümlülük və çətinliklərin öhdəsindən gəlmək gücü önə çıxır.

5. Həyata nəzarət etmək

Digər psixoloji ortaq cəhət isə 100 yaşdan yuxarı insanların ümumiyyətlə öz qərarlarını vermələri və həyatlarına nəzarət etmələridir.

6. İntellektual motivasiya

Aktiv beyin, maraq, öyrənmək istəyi və özünütəhsil tədqiqatçıların 100 yaşdan yuxarı insanlarda müşahidə etdiyi xüsusiyyətlərdir.

7. Pozitiv olmaq

100 yaşı tamam olanların dünyagörüşü əhəmiyyətli dərəcədə müsbətdir. Siz demək olar ki, 100 yaşdan yuxarı adamın "kaş həyatda olmasaydım" dediyini eşitməzsiniz. Amma 40 yaşlılardan "özünüzü 100 görmək istəyirsinizmi?" - deyə soruşa bilərsiniz. “Soruşsanız, çoxu “yox” deyəcək”. 

8. Anlayış və qavrama

Nəhayət, daha uzun ömür sürənlərdə müşahidə edilən başqa bir ümumi xüsusiyyət də anlama gücüdür.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun