Tibbi xəbərlər
10 yaşında burnuna saldığı muncuğu 19 yaşında əməliyyatla çıxartdılar -
Tibbi xəbərlər
3994

10 yaşında burnuna saldığı muncuğu 19 yaşında əməliyyatla çıxartdılar - Xətai Tibb Mərkəzində

10 yaşında burnuna saldığı muncuğu 19 yaşında Xətai Tibb Mərkəzində əməliyyatla xaric etdilər.

Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zərbəliyeva Xədicə Xətai Tibb Mərkəzinə baş ağrıları, qaymorit şikayəti ilə gəlib. Burnunda həmişə çirk qoxusu və başında kəskin ağrı olub, nəfəs almaqda çətinlik çəkib.

Müayinələrdən aydın olub ki, onun burnunda çəpər əyriliyi, balıqqulağı hipertrofiyası var. Həmçinin pasiyentin burnunun sağ tərəfində yad cisim (renorit) aşkarlanıb. LOR-cərrah Vahid Mehdiyevin dediyinə görə, rinorit uzun müddət qalıb özünə yer etdiyindən, burun suyundakı duzların çöküntüsü sayəsində balaca muncuq girintili-çıxıntılı böyük daşa çevrilib.

Vahid Mehdiyev əməliyyatla pasiyenti üç problemdən eyni vaxtda azad edib.

Əməliyyatdan sonra 10 yaşında burnuna öz əli muncuq soxduğunu və qorxudan indiyə qədər heç kimə demədiyini etiraf edən pasiyent artıq özünü yaxşı hiss edir, rahat nəfəs alır və baş ağrıları tamam keçib.

Sağlamlığınızı peşəkarlara etibar edin.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun