Tibbi xəbərlər
10 ildir heç nə yemədən yaşayır -
Tibbi xəbərlər

10 ildir heç nə yemədən yaşayır - Nadir xəstəlik

Avstraliyada yaşayan 24 yaşlı Enni Holland 10 ildir heç nə yeyə bilmir və yalnız venadaxili qəbul etdiyi qidalarla həyatda qalır.

E-saglam.az xəbər verir ki, immun sisteminin sinir hüceyrələrinə hücumuna səbəb olan nadir xəstəlik olan Autoimmune Autonomic Gangliopathy (AAG) diaqnozu qoyulan gənc qadın sosial həyatdan tamamilə təcrid olunmuş həyat sürməli olduğunu söyləyir.

Enninin xəstəliyi 12 yaşında olarkən ilk simptomlarla başlayıb. 15 yaşında onun simptomları pisləşməyə başlayıb və o, daim xəstəxanalara getməli olub. 18 yaşında həkimlər onun xəstəliyinə diaqnoz qoyublar, lakin 22 yaşına çatanda vəziyyəti ölümcül olub.

Bağırsaqları bədəninə kifayət qədər qida və maye qəbul edə bilmədiyi üçün bağırsaq çatışmazlığından da əziyyət çəkən Enni həkimlərin bağırsaqlarının 3 metrlik hissəsini çıxarmaq məcburiyyətində olduğunu bildirib.

Xəstəliyinə görə gələcək üçün plan qura bilməməyin onun üçün ən çətin şeylərdən biri olduğunu deyən Enni yaşadığı psixoloji yükü bu sözlərlə dilə gətirib:

"Həyatımın bu qədər tez bitəcəyini heç düşünməzdim. Gələcəyi təsəvvür belə edə bilməmək dəhşətlidir. Aylarla dəhşətli simptomlar, əməliyyatlar və dərmanlarla yaşamalıyam. Bunu yaşamamış birinin çəkdiyim ağrıları anlaması mümkün deyil". (News24.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun