Araşdırmalar kərə yağı, günəbaxan yağı və zeytun yağı kimi yağların sağlamlığa təsirini müqayisə edib və zeytun yağının ən faydalı yağlardan biri olduğunu göstərib.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki,
Zeytun yağı: Tərkibindəki mono doymamış yağ turşuları, polifenollar və antioksidantlar sayəsində ürək sağlamlığı üçün çox faydalıdır. Aralıq dənizi pəhrizinin əsas elementi olan zeytun yağı ürək xəstəliyi riskini 15%-ə qədər azalda bilər. Həmçinin, xərçəng və tip 2 diabet kimi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ancaq yüksək temperaturda bəzi xüsusiyyətlərini itirə bilər, buna görə aşağı temperaturda istifadə etmək tövsiyə olunur.
Kərə yağı: Yüksək doymuş yağ tərkibi səbəbindən ürək xəstəliyi riskini artıra bilər. Bu yağ növü kalorisi yüksək olduğu üçün ölçülü şəkildə istehlak edilməlidir. Mütəxəssislər kərə yağını məhdudlaşdırmağı və doymamış yağlara üstünlük verməyi məsləhət görürlər.
Günəbaxan yağı: Bu yağ tərkibindəki poli doymamış yağ turşuları ilə sağlamlıq üçün faydalıdır. Ancaq yüksək temperaturda bişirildikdə bəzi faydalı xüsusiyyətlərini itirə bilər və oksidləşmə riski artar. Günəbaxan yağı yüksək omeqa-6 tərkibinə malikdir, buna görə balanslı istehlak edilməli və digər doymamış yağlarla (məsələn, zeytun yağı) birlikdə istifadə olunmalıdır.
Ümumilikdə, zeytun yağı ən sağlam seçim olaraq önə çıxsa da, yağ istehlakında balansı qorumaq və müxtəlif yağlardan ölçülü istifadə etmək sağlamlıq üçün vacibdir.
Tərcümə: Könül Oruc