Tibbi xəbərlər
Zaur Əliyev: "İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilməlidir"
Tibbi xəbərlər
178

Zaur Əliyev: "İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilməlidir"

"Azərbaycanda icbari tibbi sığorta sistemi qurulanda bir çox ölkənin təcrübəsindən istifadə olunub. Bu ölkələr sırasında Böyük Britaniya da olub. Çünki həmin ölkənin səhiyyə sisteminin böyük tarixi var. Lakin Azərbaycanın reallıqları nəzərə alınaraq fərqli model seçildi".

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev “Birləşmiş Krallıq səhiyyədə sizin həmkarınızdır” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nə qədər fərqli olsa da, tək bir amal var: "Bu da vətəndaşların tibbi xidmətə əlçatanlığı təmin etmək, eləcə də universal tibbi təminata nail olmaqdır. Azərbaycanda bir ildir tətbiq olunan icbari tibbi sığortanın nəticələrinə nəzər yetirdikdə bu sahədə müsbət irəliləyişlərin olduğunu görürük. Təbii ki, bu sistemin daha yaxşı tətbiqi üçün vaxt lazımdır. Eyni zamanda, bu sistemin daimi inkişafına əlavə resurslar cəlb edilməlidir".

Z.Əliyev qeyd edib ki, başqa ölkələrin təcrübəsi yaxından izlənilir: "Uzun müddət İngiltərədə yaşayan və oranın səhiyyə istemindən yararlanan biri olaraq həmin ölkənin təcrübəsindən yararlanmaq xoş olardı. Xüsusilə də Böyük Britaniyanın ilkin səhiyyə xidməti qeyd edilməlidir. Orada həmçinin özəl sektor və dövlət tərəfdaşlığı da çox gözəl inkişaf edib. Bu mexanizmlərin öyrənilməsinə ehtiyac var. Bundan başqa, İngiltərədə istər əczaçılıq, istərsə də tibb sahəsində fəaliyyət göstərən digər şirkətlər də Azərbaycanda yaradılan imkanlardan yararlana bilərlər". /Report.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun