Tibbi xəbərlər
Yuxuya gedərkən yıxılma hissi niyə yaranır? –
Tibbi xəbərlər
214

Yuxuya gedərkən yıxılma hissi niyə yaranır? – Həkim səbəbini açıqlayıb

Bir çox insan yuxuya gedərkən qəfil yıxıldığını hiss edir və ya diksinərək oyanır. Mütəxəssislər bunun normal bir fizioloji reaksiya olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, travmatoloq İnes Moreno bu halın beynin və bədənin yuxuya keçid prosesində verdiyi reaksiyadan qaynaqlandığını deyib.

Həkimin sözlərinə görə, insan yuxuya getməyə başlayarkən əzələlər tədricən boşalır və bədən rahatlaşır. Lakin beynin bəzi hissələri bu ani boşalmanı səhvən yıxılma kimi qəbul edə bilər. Nəticədə beyin təhlükə siqnalı göndərir və insan qəfil diksinərək oyanır.

Moreno hesab edir ki, bu refleksin təkamül mənşəyi var. Onun fikrincə, milyonlarla il əvvəl insanların əcdadları ağaclarda və hündür yerlərdə istirahət etdikləri üçün yıxılmaq həyati təhlükə yaradırdı. Buna görə də beyin mümkün düşmənin qarşısını almaq üçün müdafiə mexanizmi formalaşdırıb.

Mütəxəssis bildirib ki, bu qədim müdafiə sistemi bu gün də qalmaqdadır və bəzən yuxuya gedərkən qəfil qorxu, sıçrama və ya yıxılma hissi şəklində özünü göstərə bilir. Bu hal adətən narahatlıq doğurmur və əksər insanlarda müşahidə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun