Yandex watch
Yuxusuzluğa qarşı təbii müalicə:

Yuxusuzluq müasir dövrün ən yayılmış problemlərindən biridir. Bəzi insanlar yuxuya getməkdə çətinlik çəkir və bu, gündəlik həyatlarında yorğunluğa və konsentrasiya problemlərinə səbəb olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son araşdırmalar göstərir ki, yatmadan əvvəl içilən bir fincan təbii bitki çayı yuxusuzluğu aradan qaldıra bilər.

Təbii yuxu artırıcı bitkilərdən olan lavanda, melisa və darçın çayları insanın yuxusunu təbii şəkildə dərinləşdirir və rahatlaşdırır. Bu çaylar, xüsusən həftəlik və ya gündəlik olaraq qəbul edildikdə, beynin istirahət etməsinə və stressin azalmasına kömək edir. Həkimlər, bu çayları yatmadan ən azı 30 dəqiqə əvvəl içməyi məsləhət görürlər.

Tədqiqatlar, melisa və lavanda çaylarının beyin üzərindəki sakitləşdirici təsirini dəstəkləyərək, yuxu keyfiyyətini artırmağı sübut edib. Bununla yanaşı, bu çaylar həzm sistemini də rahatladaraq, yuxuya getməyi daha da asanlaşdırır.

Könül Oruc

E-saglam.az