Yandex watch
Yuxudan baş ağrısı ilə oyanırsınız?

Səhər baş ağrıları yuxusuzluq, stress və sinus problemləri kimi müxtəlif səbəblərdən qaynaqlana bilər. Bu narahatlıq, günə yorğun və enerjisiz başlamağa səbəb olur, həyat keyfiyyətini aşağı salır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, baş ağrılarından qorunmaq üçün düzgün yuxu rejimi və stressin idarə olunması əsas şərtlərdəndir.

Səhər baş ağrısı nədən qaynaqlanır?

Səhər baş ağrısının müxtəlif səbəbləri ola bilər. Ən geniş yayılmış amillər aşağıdakılardır:

Yuxusuzluq və nizamsız yuxu:

Kifayət qədər və keyfiyyətli yuxu almamaq bədənin bərpa olunmasına maneə yaradır. Bu da səhərlər baş ağrıları və gün ərzində halsızlıqla nəticələnə bilər.

Yuxu pozğunluqları:

Xoruldama və yuxu apnesi kimi problemlər gecə boyunca oksigen çatışmazlığına səbəb olur, bu da səhər baş ağrılarına yol açır.

Stress və anksiyete:

Stress çənə sıxma və diş qıcırtısı kimi davranışlara səbəb olaraq əzələ gərginliyini artırır. Bu da baş ağrılarını tətikləyir.

Sinus problemləri:

Sinus iltihabı və ya tıxanıqlığı səhərlər daha kəskin hiss edilə bilər. Xüsusilə burnun tıxanması və təzyiq hissi baş ağrılarına yol açır.

Yüksək qan təzyiqi:

Hipertoniya səbəbindən damar sisteminə düşən yük səhərlər baş ağrısına səbəb ola bilər.

Pis yataq və yuxu mövqeyi:

Düzgün olmayan yataq və yastıq seçimi, səhv yatış mövqeləri boyun və baş əzələlərində gərginliyə gətirib çıxarır. Bu da baş ağrılarının səbəblərindən biridir.

Səhər baş ağrılarının qarşısını necə almaq olar?

Daimi və keyfiyyətli yuxu: Hər gecə 7-9 saat yuxu almaq və müntəzəm yuxu rejiminə riayət etmək bədənin bioloji ritmini dəstəkləyir.

Stressi azaltmaq: Meditasiya, yoqa və nəfəs texnikaları stressin azaldılmasına kömək edir.

Yatış mövqeyini düzəltmək: Düzgün yastıq və döşək seçimi boyun gərginliyini azaldaraq baş ağrılarını önləyə bilər.

Kifayət qədər su içmək: Dehidratasiya səhər baş ağrılarının yayğın səbəblərindən biridir.

Həkimlə məsləhətləşmək: Əgər baş ağrıları uzunmüddətli, şiddətli və ya müşayiətedici simptomlarla (məsələn, ürəkbulanma, qusma, görmə pozuntusu) baş verirsə, həkimə müraciət mütləqdir. Vaxtında qoyulan diaqnoz müalicənin effektivliyini artırır.

Unutmayın, səhər baş ağrıları bəzən bədənin xəbərdarlıq siqnalıdır. Onu görməzdən gəlmək yerinə, səbəblərini araşdırmaq və tədbir görmək daha sağlam bir həyatın əsasını təşkil edir.

Tərcümə: Könül Oruc

E-saglam.az