Faydalı
Yuxu zamanı nəfəs almaqda çətinlik çəkirsinizsə,
Faydalı
286

Yuxu zamanı nəfəs almaqda çətinlik çəkirsinizsə, diqqətli olun!

Yuxu zamanı nəfəs almaqda çətinlik çəkirsiniz? Düzgün yuxu mövqeyi tənəffüs problemlərini azaldır və gecə ərzində daha asan nəfəs almağa imkan verir. Kürəyiniz yerinə yan üstə uzanmaq və başınızı düzgün bir şəkildə hizalamaq nəfəs darlığının qarşısını almaq üçün sadə, lakin təsirli bir üsuldur.

E-saglam.az xəbər verir ki, yuxu zamanı nəfəs almaqda çətinlik çəkmək bir çox insanın yaşadığı ümumi problemdir. Bu vəziyyət soyuqdəymə, allergiya, sinus infeksiyaları kimi müvəqqəti xəstəliklərdən qaynaqlana bilər və ya astma və KOAH kimi xroniki xəstəliklərin əlaməti ola bilər. Bundan əlavə, yuxu apnesi kimi yalnız yuxu zamanı yaranan tənəffüs problemləri də nəfəs darlığına səbəb ola bilər.

Hər kəsin etdiyi bu səhvlər yuxu keyfiyyətinizi öldürür

Gecə boyu rahat nəfəs almağınızda yuxu mövqeyi mühüm rol oynayır. Yan üstə uzanmaq, başınızı və boynunuzu düzgün şəkildə hizalamaq kimi sadə mövqe dəyişiklikləri tənəffüs yollarınızı aça və nəfəs almağı asanlaşdıra bilər. Xüsusilə arxa üstə yatmaq dil və yumşaq toxumaların tənəffüs yollarını tıxamasına və nəfəs almağı çətinləşdirə bilər. Buna görə də, yuxu keyfiyyətinizi yaxşılaşdırmaq və tənəffüs problemlərini aradan qaldırmaq üçün düzgün yuxu mövqelərini seçmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun