Qidalanma
Yumurtanın sarısı yaşıl rəng alıbsa, onu yemək olar?
Qidalanma

Yumurtanın sarısı yaşıl rəng alıbsa, onu yemək olar?

Yumurta ən çox istehlak etdiyimiz məhsullardan biridir. Yumurta çox faydalı və müalicəvi məhsuldur.

E-saglam.az xəbər verir ki, onun tərkibində olan vacib maddələr insan sağlamlığına çox ciddi müsbət təsir edir, xroniki xəstəliklərdən qorunmağa yardım edir.

Bəzən yumurta uzun müddət ərzində qaynayanda sarısı yaşıl rəng alır. Bəzi insanların fikrinə görə, belə yumurtanı yemək olmaz. Lakin bu belə deyil. Yumurta sarısının yaşıl rəng alması bişirilmə zamanı baş verən kimyəvi reaksiyanın nəticəsidir. Bildiyimiz kimi, yumurta dəmirlə zəngindir. Yumurta uzun müddət ərzində qaynayanda yumurtanın ağı ilə sarısı arasında dəmir sulfidi əmələ gəlir ki, nəticədə yumurtanın sarısı  yaşıl rəng alır.  

Saglamolun.az bildirir ki, dəmir sülfidi ziyanlı deyil. Lakin uzun müddəd ərzində qaynayan yumurtanın faydası azalır. Mütəxəssislər yumurtanı təxminən 3-5 dəqiə ərzində qaynatmağı və kərə yağı ilə yeməyi tövsiyə edirlər.

yumurta

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun