Qidalanma
"Yoluxmanın artmaması üçün məktəblərdə ciddi nəzarət olmalıdır"
Qidalanma

"Yoluxmanın artmaması üçün məktəblərdə ciddi nəzarət olmalıdır"

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir.

E-saglam.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki, bu da yoluxma hallarının sayının artmasına səbəb ola bilər:

“Bunun baş verməməsi üçün müəllim heyətinin əksəriyyəti vaksinasiya olunmalı və məktəblərdə tədris Nazirlər Kabinetinin hazırladığı xüsusu təlimat əsasında aparılmalıdır. Bu məsələdə ciddi nəzarətin olması önəm daşıyır”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun