Tibbi xəbərlər
Yerüstü keçidlərdə maska taxmayanlar cərimələnəcək - DİN
Tibbi xəbərlər
383

Yerüstü keçidlərdə maska taxmayanlar cərimələnəcək - DİN

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

E-saglam.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, yeraltı və yolüstü keçidlər qapalı məkan hesab olunduğu üçün hərəkət iştirakçıları tibbi maskadan istifadə etməlidirlər:

"Qapalı məkanlarda tibbi maskadan istifadə etmə məcburiyyəti var. Bu, qanunla tənzimlənir. Bu qayda və normalara əməl etməyən şəxslər ərazidə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən aşkar olunduqda, barələrində inzibati tənbeh tədbiri tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun