Yenidoğulanlar haqqında bir sıra maraqlı məlumatlar mövcuddur.
E-saglam.az xəbər verir ki, pediatr Xəyalə Nağıyeva yeni doğulanlar haqqında maraqlı məlumatları bölüşüb.
- Körpələr üzmə qabiliyyəti ilə dünyaya gəlir.
- Körpələr hamiləliyin 23-cü həftəsində sizin səslərinizi və digər səsləri eşidə bilir. Beləliklə, 1 yaşına qədər
İlk sözü söyləməsə də, dili əvvəldən öyrənir.
- Körpələrin sümükləri böyüklərdən daha çoxdur.
Körpələr təxminən 300 sümüklə doğulur. Yaşlandıqca bunların çoxu
sərtləşir və bəziləri bir sümüyə birləşir. Əsasən, 1 yaşa kimi uşaqların oynaqlarından şıqqıltı səsləri eşidilə bilər, bu normal haldır.
- Yenidoğulmuşların mədələri təəccüblü dərəcədə kiçikdir. Kiçik mədələrinə ehtiyacları olan südü bir dəfəyə içə bilməzlər. Ona görə də yenidoğulanları tez-tez, az-az qidalandırmaq lazımdır. Körpənizin mədəsi ilk həftənin sonunda sürətlə böyüyəcək, ərik ölçüsünə çatacaq. İki həftənin sonunda isə toyuq yumurtasının ölçüsünə çatacaq.
- Yeni doğulmuş körpələr yalnız 20-30 sm məsafədən görə bilirlər. Digər yerlər bulanıq görünür. 2-ci aydan etibarən görmə kəskinliyi
artacaq.
- Körpələrdə nəcis zamanla dəyişir. Körpənizin ilk nəcisi mekonyum adlı tünd qara, yapışqan bir maddədən ibarətdir. Sonradan
qidalanmaya görə dəyişir. Nəcis ifrazı gün ərzində 6-8-dən, 2-3 gündə birə qədər dəyişə bilər.
- Yenidoğulmuşların ilk 10 gündə çəki itirməsi normaldır. Bundan sonra tədricən öz çəkilərini bərpa edirlər.